Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahyan arasında telefon danışığı olub.
“XİN rəhbərləri Fələstin-İsrail münaqişəsi zonasında mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər Qəzza zolağında davam edən silahlı qarşıdurma ilə bağlı narahatlıqlarını ifadə ediblər. Yanğının tezliklə dayandırılmasının və zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardımın göstərilməsinin zəruriliyi vurğulanıb”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Lavrov iranlı həmkarına Rusiyanın BMT Təhlükəsizlik Şurasında gərginliyi azaltmaq səyləri barədə məlumat verib. Qarşılıqlı maraq doğuran bir sıra digər aktual məsələlərə də toxunulub.