Noyabrın 2-də Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts amerikalı senator Con Feterman (Pensilvaniya, demokrat) ilə görüşüb.
Həmsöhbətlər Ermənistan və regionda mövcud təhlükəsizlik problemləri və onların aradan qaldırılmasında ABŞ-ın rolunu müzakirə ediblər.
Səfir regionda sülhün əsas götürülməli olduğu fundamental prinsipləri təqdim edib. ER-in ərazi bütövlüyü və suverenliyinə hər hansı təhlükənin yolverilməzliyi vurğulanıb.