Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Türkiyə ilə sərhədin xüsusi qrup üçün açıla biləcəyini bildirib.
O, bu barədə büdcə müzakirələri zamanı deyib.
“Yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədinin hələlik xüsusi qrup – üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması ilə bağlı xoş xəbər bizi gözləyir", – Mirzoyan əlavə edib.