Baş nazirin müavini Mher Qriqoryan Amerika Erməni Assambleyasının nümayəndələrini, xüsusilə də Assambleyanın Himayəçilər Şurasının sədri Karolin Muqarı, həmsədr Entoni Barsamyanı, icraçı direktor Brayan Arduni və regional direktor Arpi Vardanyanı qəbul edib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Görüşün əvvəlində baş nazirin müavini Amerika Erməni Assambleyasının nümayəndələrinə Ermənistan xalqının rifahı naminə həyata keçirilən işlərə görə təşəkkür edib. Mher Qriqoryan qonaqlara Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 100 mindən çox qaçqının qısa və orta müddətli ehtiyaclarını təqdim edib.
Həmsöhbətlər regional hadisələri də müzakirə ediblər.