AŞPA-nın erməni məsələləri üzrə monitorinq komissiyasının həmməruzəçiləri Kimo Kilyunen və Boriana Aberq noyabrın 6-8-də Ermənistana səfər edəcəklər.
Yerevanda Kilyunen və Aberq ER baş naziri, ədliyyə və daxili işlər nazirləri, həmçinin parlament qruplarının rəhbərləri və ya nümayəndələri ilə görüşəcəklər.
Bildirilir ki, həmməruzəçilər Yerasxa da səfər edəcək, burada yerli hakimiyyət nümayəndələri və Dağlıq Qarabağdan olan qaçqınlarla görüşəcəklər.