lmaniya Federativ Respublikası xarici işlər naziri Analena Burbok bu gün Ermənistana səfər edəcək.
Səfər zamanı o, Ermənistanın baş naziri Nikol Paşinyan və ER xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. O, həmçinin Avropa İttifaqının müşahidə missiyasına və Dağlıq Qarabağdan olan məçburi köçkünlərin qəbulu mərkəzinə baş çəkəcək.
“Almaniya sabit sülhün, regionun siyasi və iqtisadi diversifikasiyası, Avropa ilə sıx və yaxşı münasibətlərin tərəfdarıdır. Bölgədə etimadın yaradılması və barışıq yaradılması çox vacibdir”, - Almaniyanın Ermənistandakı səfirliyinin bəyanatında deyilib.