Ərdoğan və Əliyev Türk Dövlətləri Təşkilatının sammitində iştirak etmək üçün Qazaxıstana gediblər
Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Ərdoğan və İlham Əliyev Türk Dövlətləri Təşkilatının 10-cu yubiley sammitində iştirak etmək üçün Qazaxıstana gediblər. Sammit “Türk əsri” şüarı altında keçiriləcək.
Görüş zamanı liderlər təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səyləri müzakirə edəcək, həmçinin aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Noyabrın 3-də Ərdoğanın təşkilata üzv ölkələrin liderləri ilə ikitərəfli görüşlərinin olacağı gözlənilir.