Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2-3 noyabr tarixlərində Qazaxıstanda Türk Dövlətləri Təşkilatının “Türk Dövrü” şüarı altında keçiriləcək X sammitində iştirak edəcək.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Toplantı zamanı liderlər təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səyləri müzakirə edəcək, qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.