Avropa İttifaqının Ermənistandakı missiyası ER prezidenti Vahaqn Xaçaturyanın iştirakı ilə Yeğegnadzorda qərargahın açılışından sonra tam fəaliyyətə başladığını elan edir. Bu barədə missiyanın X səhifəsində deyilir.
“Fevral ayından, Aİ missiyasının fəaliyyətə başlamasından bəri Ermənistan və Azərbaycan sərhədində 1000-dən çox patrul xidməti həyata keçirilib”, - deyə qeyd edilib.