Fransa prezidenti Emmanuel Makron Səmərqənddə Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə görüşündə Daşkəndin Avropa İttifaqı ilə genişləndirilmiş tərəfdaşlıq sazişinin imzalanmasında və Ümumdünya Ticarət Təşkilatına daxil olmasında dəstək verməyə hazır olduğunu bildirib.
Makron və Mirziyoyev siyasi dialoqun davam etdirilməsinin, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin, çağırış və təhdidlərə effektiv mübarizənin vacibliyini vurğuladılar.
Xatırladaq ki, bu, 1994-cü ildən bəri Fransa prezidentinin Özbəkistana ilk səfəridir. Dünən Makron Astanaya səfər edib və burada Kassim-Jomart Tokayevlə danışıqlar aparıb.