Gürcüstan 3+3 formatında iştirak etməyərək Qafqazdaxili məsələlərin həllində iştirakını dayandırmayıb.
Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze ölkənin ictimai telekanalının efirində belə deyib.
"Əksinə, biz Tbilisinin (Azərbaycan və Ermənistan arasında - red.) böyük sülh müqaviləsinin imzalanacağı yer olmasını istəyirik”, - deyə Nikoloz Samxaradze əlavə edib.