Noyabrın 1-də Fransa prezidenti Emmanuel Makron Tokayevlə danışıqlar aparmaq üçün Qazaxıstana gəlib.
Qazaxıstan Prezidenti qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq dinamik inkişaf edir. Eyni zamanda, Qazaxıstanla Fransa arasında münasibətlərə yeni impuls vermək lazımdır.
“Ona görə də biz sizin səfərinizi tarixi, çox vacib adlandıra bilərik. Əminəm ki, bugünkü danışıqlar səmərəli olacaq”, - deyə Tokayev bildirib.