İran İslam Respublikasında işgüzar səfərdə olan əmək və sosial məsələlər naziri Narek Mkrtçyan İranın əməkdaşlıq, əmək və sosial rifah naziri Seyid Soulat Mortazavi ilə görüşüb. Bu barədə Ermənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Görüş zamanı iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə toxunulub.
İki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və əmək mübadiləsinin aparılması məqsədilə tərəflər anlaşma memorandumu imzalayıblar.
Nazir Mkrtçyan Ermənistan və İran arasında ikitərəfli dostluq əlaqələrinin rolunu yüksək qiymətləndirib.
Seyid Soulat Mortazavi dəvəti qəbul edib İran İslam Respublikasına səfər etdiyi üçün nazirə təşəkkür edib. O qeyd edib ki, onlar qonşu ölkənin sosial müdafiə sisteminin inkişafı naminə ən yaxşı təcrübələrini, potensiallarını və imkanlarını Ermənistan tərəfinə təqdim etməyə hazırdırlar.