Baş nazirin müavini Mher Qriqoryan Ermənistanda diplomatik fəaliyyətini başa vuran Yaponiyanın Ermənistandakı səfiri Fukuşima Masanori ilə görüşüb. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Görüşün əvvəlində Baş nazirin müavini Ermənistan-Yaponiya dostluq münasibətlərinin inkişafının vacibliyini vurğulayıb, görülən işlərə görə səfirə təşəkkür edib, gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.
Baş nazirin müavini Yaponiya səfirinə Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 100.000-dən çox qaçqının qısamüddətli və ortamüddətli ehtiyaclarını təqdim edib, çətin vəziyyətlərdə Ermənistanı dəstəklədiyinə görə Yaponiyaya təşəkkür edib.
Həmsöhbətlər iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi imkanlarını müzakirə etmiş, yüksək texnologiyalar, təhsil və turizm sahələrində əməkdaşlığın böyük potensialının reallaşdırılmasının vacibliyini vurğulamışlar.