Avropa Komissiyası Dağlıq Qarabağdan Ermənistana mühacirət edən insanları dəstəkləmək üçün Ermənistana humanitar yardımı təxminən 1,7 milyon avro artırır.
Avropa Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Baş Direktorluğun bəyanatında deyilir: "Yeni maliyyə vəsaiti Aİ-nin köçkünlərə humanitar yardımını daha da gücləndirmək, pul yardımı, sığınacaq, ərzaq təhlükəsizliyi və dolanışıq vasitələri, mühafizə və səhiyyə üçün istifadə olunacaq" .
Böhranların idarə edilməsi üzrə komissarı Yanez Lenarçiç bildirib ki, Aİ qışa hazırlıq üçün humanitar maliyyəni artırır.
Aİ xatırladır ki, bu maliyyələşdirmə komissiyanın artıq elan etdiyi 10,45 milyon avronu tamamlamaq üçün gəlir, beləliklə, maliyyələşdirmənin ümumi həcmi 12 milyon avronu keçəcək.