Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib. Energetika Nazirliyinin tədarük etdiyi yükə uzunluğu 555 min metrdən çox elektrik kabeli və naqili daxildir. Yardım "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin ərazisindən yola salınıb.
Ukraynaya göndərilən yardımın ümumi dəyəri 1,5 milyon manatdan çoxdur. Bunu Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov bildirib.