Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Aİ nümayəndəliyinin rəhbəri Nikolaus Meyer-Landrutu və Avropa İttifaqına üzv ölkələrin Türkiyədəki səfirlərini qəbul edib. Bu barədə Türkiyə XİN-dəki diplomatik mənbə bildirib.
Qeyd olunub ki, görüş zamanı Cənubi Qafqaz, Orta Asiya və Ukraynadakı müharibə kimi aktual məsələlər də gündəmə gətirilib.
Bundan əlavə, tərəflər İsrail-Fələstin münaqişəsini də müzakirə ediblər.