Sloveniya BQXK vasitəsilə Ermənistana DQ-dan məcburi köçkün düşənləri qəbul etmək üçün 120 000 avro yardım göndərir.
Bu barədə Sloveniya XİN-in İnkişaf üzrə Əməkdaşlıq və Humanitar Yardım Direktorluğunun baş direktoru Edvin Skrt özünün X səhifəsində yazıb:
“Çoxsaylı humanitar böhranlar şəraitində biz Dağlıq Qarabağ qaçqınlarını unutmamışıq. Ermənistan avqust daşqınları zamanı Sloveniyaya dəstəyini göstərdi və indi Sloveniya BQXK vasitəsilə Ermənistana Qarabağ qaçqınlarını qəbul etməkdə kömək etmək üçün 120 min avro göndərir”, – diplomat qeyd edib.