Oktyabrın 29-da Maltada Ermənistanın TŞ katibi Armen Qriqoryan Yunanıstanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Atanasios Ntokos ilə görüşüb.
Təhlükəsizlik Şurasından verilən məlumata görə, həmsöhbətlər beynəlxalq və regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər, bu çərçivədə Təhlükəsizlik Şurasının katibi regionumuzda mövcud təhlükəsizlik çağırışlarını təqdim edib və Ermənistan Respublikasının onların həllinə yönəlmiş səylərini vurğulayıb.
Tərəflər təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını da müzakirə ediblər.