Ermənistan üçün 2024-cü ildə iqtisadi artım hədəfi 7 faiz olaraq qalır.
Bu barədə ER maliyyə naziri Vahe Hovhannisyan “Ermənistan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Hesab edirik ki, 2023-cü ildə iqtisadi artımı ən azı 7,2 faiz təmin edəcəyik. Nəzərinizə çatdırım ki, büdcə ssenarimizdə 7 faiz iqtisadi artım nəzərdə tutulmuşdu.
2023-cü ildə deflyator artımı 3,2 faizlə gözləniləndən aşağı olacaq. Hesab edirik ki, biz gələn il 4 faiz hədəfinə dönəcəyik. Bütün bunların nəticəsində nominal ÜDM bir qədər aşağıya doğru düzəldilib” - o deyib.