ER Baş naziri Nikol Paşinyan Çexiyanın baş naziri Petr Fiala milli bayram münasibətilə təbrik ünvanlayıb.
O keçən il Ermənistan və Çexiya arasında dövlətlərarası münasibətlərin fəallığı xüsusi qeyd edib.
“Bu ilin mayında Çexiyaya rəsmi səfər çərçivəsində keçirdiyimiz görüşü və konstruktiv müzakirəmizi böyük məmnuniyyətlə xatırlayıram.
Mən Çexiyanın Ermənistanda demokratik islahatlara, eləcə də regionumuzda sülh və sabitliyin bərqərar olması və möhkəmləndirilməsi prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirirəm.
Fürsətdən istifadə edərək, Sizə yeni uğurlar, dost Çexiya xalqına sülh və firavanlıq arzulayıram”.