BMT Baş Assambleyası Yaxın Şərq məsələsi üzrə xüsusi sessiyasında bir qrup ərəb ölkəsi adından İordaniyanın təqdim etdiyi və digər ölkələrin də həmmüəllifi olan qətnamə qəbul etdi. Qətnamə layihəsinin lehinə 120 ölkə, əleyhinə 14 ölkə səs verib, 45 ölkə bitərəf qalıb.
Sənəd Qəzzanın mülki əhalisinin qorunmasını və "hərbi əməliyyatların dayandırılması ilə dərhal və davamlı humanitar atəşkəsin" əldə edilməsini tələb edir.