Fransanın mədəniyyət naziri Rima Abdul Malak Tsitsernakaberdə səfərindən sonra özünün X səhifəsində erməni dilində paylaşım edib.
“Təsviri mümkün olmayan bir şeylə üzləşincə xatırlamalı və hərəkətə keçməliyik. Mən Ermənistana səfərimin ilk günü Erməni Soyqırımı Memorial Kompleksində ehtiramımı bildirdim. Fikirdə və hərəkətlərdə Fransa Ermənistanın və erməni xalqının yanındadır”.