Regionda davamlı sülh üçün bütün region ölkələrinin öhdəliyi və fəal addımları, maksimalist ambisiyalardan əl çəkməsi lazımdır.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan macar həmkarı Peter Siyarto ilə Yerevanda keçirdiyi mətbuat konfransında bildirib:
“Ermənistan və Azərbaycan arasında sabit sülh, Alma-Ata Bəyannaməsi və ən son SSRİ xəritələri əsasında iki ölkənin ərazi bütövlüyü və sərhədlərinin delimitasiyasının birmənalı şəkildə qarşılıqlı tanınması şərti ilə əldə edilə bilər”, – Mirzoyan bildirib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, məhz bu məqamlar Qranadada qəbul edilmiş bəyanatda öz yerini tapıb. Ermənistan bu bəyanata digər beynəlxalq tərəfdaşlardan dəstək gözləyir.
Nazirin sözlərinə görə, etimadın yaradılması üçün Dağlıq Qarabağ sakinlərinin hüquqlarına riayət edilməsi və erməni irsinin qorunması məsələləri də vacibdir.