Gürcüstan Baş naziri İrakli Qaribaşvili ötən gün Tbilisidə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Baş naziri Əli Əsədovla üçtərəfli görüş keçirdiyini təsdiqləyib.
Bu barədə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının binasının təməlqoyma mərasimində bildirib.
"Dünən üçtərəfli görüşlər keçirdik. Gürcüstan qərəzsiz vasitəçi, Ermənistan və Azərbaycanın dostu kimi regionda sülhün bərqərar olmasında maraqlıdır",- Qaribaşvili deyib.