Kanadanın xarici işlər naziri Melani Colinin və Kanadanın Ermənistandakı səfiri Endryu Turnerin başçılıq etdiyi nümayəndə heyəti Jermukda Avropa İttifaqının Ermənistandakı missiyasını qəbul edib.
“Aİ-nin Ermənistandakı nümayəndəliyi rəhbərinin müavini Marek Kuberski nümayəndə heyətini təhlükəsizlik sahəsindəki inkişaflar haqqında məlumatlandırıb və Kanadanın gələcək töhfəsini müzakirə edib”,- missiyanın X mikrobloqunda qeyd olunub.