Oktyabrın 25-26-da Kanadanın xarici işlər naziri Melani Coli Ermənistan Respublikasına rəsmi səfərə gələcək. Bu barədə ER XİN məlumat yayıb.
Bildirilib ki, oktyabrın 25-də Ermənistan və Kanada xarici işlər nazirləri ER XİN-də təkbətək görüş keçirəcək, ondan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş baş tutacaq.
Görüşdən sonra Ararat Mirzoyan və Melani Colinin birgə mətbuat konfransı keçiriləcək.