Kanadanın xarici işlər naziri Melani Coli Yerevandadır.
Onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla təkbətək söhbəti olub, daha sonra geniş tərkibdə görüş keçirilib. Sonra Ermənistan və Kanadanın Xİn rəhbərləri mətbuat konfransı keçiriblər.
Bu çətin zamanda Dağlıq Qarabağdan məcburi köçkünlərin ilkin ehtiyaclarını ödəmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə humanitar yardım göstərdiyinə görə Kanada hökumətinə təşəkkür edən Mirzoyan Ermənistanın sülh gündəmini irəli sürməyə və beynəlxalq tərəfdaşların bu istiqamətdə səylərini dəstəkləməyə hazır olduğunu bir daha bəyan edib.
“Ermənistan Respublikası onun hazırlığının regionun digər ölkələri tərəfindən tam şəkildə qarşılanacağını, eləcə də beynəlxalq tərəfdaşlarımızdan tam praktiki dəstəyi gözləyir. Bu yolla biz Qranada dördtərəfli görüşünün nəticəsi olaraq qəbul edilmiş bəyanatda öz əksini tapmış prinsiplər əsasında mövcud problemləri həll etmək imkanını görürük”.
Ararat Mirzoyan vurğulayıb ki, bu kontekstdə ərazi bütövlüyünün tanınması ilə yanaşı, SSRİ Baş Qərargahının son xəritələri əsasında iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində də iş aparılmalıdır.
“Biz həmçinin suverenlik, yurisdiksiya və tərəflərin bərabərliyi və qarşılıqlılığı prinsipinə əsaslanaraq regional kommunikasiyaların açılmasında maraqlıyıq”, - Mirzoyan əlavə edib.