Oktyabrın 25-də Ermənistana rəsmi səfərə gələn Kanadanın xarici işlər naziri Melani Colinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Kanadanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Endryu Törnerin müşayiəti ilə Erməni Soyqırımı Memorialını ziyarət edib.
Bu barədə Erməni Soyqırımı Muzey-İnstitutu məlumat yayıb.