Yerevana səfər edən Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot səmərəli danışıqlara görə baş nazir Nikol Paşinyana təşəkkür edib.
“Avropa İttifaqının Ermənistan və Azərbaycana qarşı bərabərlik strategiyası iflasa uğradı. Bakının Dağlıq Qarabağda etnik təmizləmə aparmasından sonra biz Azərbaycana qarşı sanksiyaların tətbiqini müzakirə etməli, Ermənistanı geniş miqyaslı yardım paketi ilə dəstəkləməli və Aİ missiyasını gücləndirməliyik”, - Rot özünün X mikrobloqunda bildirib.