İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehranda keçiriləcək “3+3” formatında növbəti görüşlərdə Gürcüstanın da iştirak edəcəyinə, növbəti görüşün isə Türkiyədə keçiriləcəyinə ümid etdiyini bildirib.
"Ümid edirik ki, Türkiyədə keçiriləcək növbəti mərhələdən sonra bu görüşlər Bakıda və Yerevanda davam etdiriləcək", - Abdullahiyan qeyd edib.
Onun sözlərinə görə, xarici işlər nazirlərinin görüşünün təşkili İranın regionda fəal olduğunu və Cənubi Qafqazdakı proseslərə diqqət yetirdiyini göstərir.