Oktyabrın 24-də Fransaya işgüzar səfəri çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Respublikasının Senatında olub, Senatın vitse-prezidenti, Xarici Əlaqələr, Müdafiə və Silahlı Qüvvələr Komitəsinin sədri və Senatın Fransa-Ermənistan dostluq qrupunun sədri ilə görüşüb.
Ermənistan-Fransa ikitərəfli müdafiə əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.
Müdafiə naziri səfər çərçivəsində aparılan müzakirələrin nəticələrini təqdim edib.
Senatorlar Ermənistan-Fransa əməkdaşlığının inkişafına bundan sonra da dəstək verməyə hazır olduqlarını bildiriblər.
Görüş zamanı regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə olunub.