Bu dəfə mənim ErmənistanA səfərim Yerevan görüşləri ilə başlayır. Mən sabah nümayəndə heyətimlə Ermənistanın cənub rayonlarına yola düşəcəyəm və səfərin şüarı demokratik ölkə kimi Ermənistanla həmrəyliyi ifadə etmək və həmçinin Azərbaycanın avtokratik rejiminə bu regionda alternativin olmadığı mesajını verməkdir. Biz bölgədə heç bir hərbi həll yoluna dözməyəcəyik.
Bu barədə Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri Mixayel Rot Yerevanda mətbuat konfransı zamanı bildirib.
“Dağlıq Qarabağda etnik erməniləriə qarşı hərbi gücdən istifadə şübhəsiz ki, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və bu, beynəlxalq hüquqla bağlı bizim inanc və prinsiplərimizi də pozur. Biz bu praktikanı qətiyyətlə pisləyirik.
Gənc demokratik Ermənistan və zəngin və avtokratik Azərbaycanla apardığımız bərabərlik siyasəti iflasa uğradı.
Əgər Azərbaycan təcavüzkar və təxribatçı siyasətinə son qoymasa, şübhəsiz ki, Azərbaycan rejiminə qarşı hazırda hazırlanmaqda olan sanksiyalar olacaq. Biz eyni intensivliklə sülhə yönəlmiş bütün danışıqları dəstəkləməyə davam edəcəyik”, - deyə Rot vurğuladı.