Gürcüstan Tehranda keçirilməsi planlaşdırılan “3+3” (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan) formatında keçiriləcək iclasda təmsil olunmayacaq.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Gürcüstan bu görüşdə heç vaxt iştirak etməyib və iştirak etmir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, “3+3” formatında ilk iclas Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsindən 2021-ci il 10 dekabr tarixində Moskvada keçirilib.