Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının iclasında Azərbaycan və Ermənistanla bağlı məsələlər müzakirə olunacaq.
Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 23-də Lüksemburqda keçiriləcək Xarici İşlər Şurasının iclasına Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi sədrlik edəcək.
"Şura Ermənistan və Azərbaycanla bağlı hadisələr ətrafında da fikir mübadiləsi aparacaq", - məlumatda qeyd olunub.