Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sabah Tehranda "3+3" formatında keçiriləcək görüşdə iştirak edəcək.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ani Badalyan bildirib.
Ani Badalyan deyib ki, Ararat Mirzoyan İran tərəfinin dəvəti ilə "3+3" formatında keçiriləcək görüşdə iştirak edəcək. Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılıb.
Qeyd edək ki, oktyabrın 23-də Tehranda "3+3" formatında xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək.