ER prezidenti Vahagn Xaçaturyan Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini ilə görüşüb.
Səfiri salamlayan prezident hazırkı reallıqlar kontekstində Ermənistana göstərdiyi dəstəyə görə Fransa hökuməti və xalqına təşəkkürünü bildirdi.
Səfir qəbula görə təşəkkür edib və son günlər Ermənistanın sərhədyanı rayonlarına səfərləri barədə təəssüratlarını təqdim edib.
Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasının fəaliyyəti və onun mühüm rolu barədə fikir mübadiləsi aparılıb.
Hər iki tərəf Ermənistanda davam edən demokratik islahatların, eləcə də regionda sabit və davamlı sülhün bərqərar olmasının və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıb.