Norveç hökuməti Avropa Şurasının Ermənistan üçün 2023-2026-cı illər üzrə Fəaliyyət Planını dəstəkləmək üçün 32 milyon NOK (təxminən 2,769,000 avro) könüllü töhfə verib.
Norveçin Avropa Şurasındakı daimi nümayəndəsi, səfir Helge Seland bu münasibətlə baş katibin müavini Byorn Berq ilə görüşüb. Bu barədə AŞ-nin mətbuat xidməti məlumat yayıb.