Oktyabrın 19-da Kanadanın xarici işlər naziri Melani Joli Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı suala cavab olaraq əvvəllər bəyan etdiyi mövqeyini bir daha təsdiqləyib.
“Hamısı, o cümlədən bu məsələlər müzakirə olunur. Mən Kanadanın Azərbaycanla bağlı mövqeyini açıq şəkildə ifadə etmişəm. Tezliklə Ermənistana gedəcəyəm və sonra daha çox mülahizələri yerindəcə təqdim edəcəyəm”.