Oktyabrın 20-də ER müdafiə naziri Suren Papikyan Yunanıstan Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Evangelos Tournakisi və müdafiə məsələləri üzrə yeni təyin olunmuş attaşe polkovnik Xristos Arsenyunu qəbul edib.
Müdafiə naziri polkovnik Xristos Arsenyunu Ermənistanda missiyaya başlaması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı müdafiə sahəsində Ermənistan-Yunanıstan əməkdaşlığı, eləcə də regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.