Oktyabrın 19-da Avstriya parlamenti Azərbaycanın Dağlıq Qarabağ xalqına qarşı apardığı etnik təmizləməni qınayan qətnaməni yekdilliklə qəbul edib. Bu barədə ER-nın Avstriyadakı səfirliyi məlumat yayıb.
“Ermənistanın Avstriyadakı səfiri Armen Papikyan Milli Şuranın sessiyasında fəxri qonaq qismində iştirak edib.
Bir çox deputat Azərbaycanı qınayan çıxışlar edərək, Avstriya Federal hökumətini Ermənistanı və məcburi köçkün Dağlıq Qarabağ əhalisini dəstəkləməyə çağırıblar.
Qanunverici orqandakı bütün beş fraksiya tərəfindən dəstəklənən qətnamə Federal Hökuməti “bütün beynəlxalq forumlarda və ikitərəfli müzakirələrdə 100 mindən çox etnik erməninin Dağlıq Qarabağdan kütləvi şəkildə köçməsinə səbəb olan Azərbaycanın hərbi hərəkətlərini pisləməyə” çağırır.
Qətnamədə Dağlıq Qarabağda qalan etnik ermənilərin və Dağlıq Qarabağa qayıtmaq istəyənlərin hüquqlarının qorunmasının, Beynəlxalq Məhkəmənin Laçın dəhlizi ilə sərbəst hərəkətlə bağlı qərarlarının icrasının vacibliyi vurğulanır.
Avstriya Federal Hökuməti həmçinin beynəlxalq humanitar təşkilatların Dağlıq Qarabağa uzunmüddətli azad və maneəsiz çıxışının təmin edilməsi, eləcə də Dağlıq Qarabağın mədəni irsinin və kilsələrinin hərtərəfli mühafizəsi ilə məşğul olmağa çağırılır.
Qətnamə həmçinin humanitar vəziyyətin daha da sabitləşməsi üçün Avstriyanın Ermənistana lazımi vəsaitin ayrılmasına çağırır.