Oktyabrın 19-da Ombudsman Anahit Manasyan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin hüquqşünası Melissa Huperin nümayəndə heyətini qəbul edib. Bu barədə Ombudsman ofisindən məlumat verilib.
Anahit Manasyan Azərbaycanın təcavüzü nəticəsində Dağlıq Qarabağdan məcburi köçkün düşmüş insanların hüquqlarının müdafiəsi ilə bağlı ilkin ehtiyacların qiymətləndirilməsi mərkəzlərində onun və Ombudsman əməkdaşlarının apardığı faktaraşdırma tədbirləri nəticəsində qeydə alınan məsələləri təqdim edib.
Ombudsaman xüsusi olaraq Dağlıq Qarabağın erməni əhalisinə qarşı həyata keçirilən etnik təmizləmə siyasətinə, eləcə də Azərbaycan qüvvələrinin beynəlxalq hüquqla qadağan edilmiş digər işgəncə və pis rəftar hallarına toxunub.
Anahit Manasyan Azərbaycanın təcavüzü nəticəsində yaranan ciddi humanitar problemlərə və fundamental insan hüquqlarının pozulmasına toxunub. Bu kontekstdə Ombudsmanın təqdim etdiyi və monitorinqin nəticələrinin sənədləşdirildiyi hesabatların önəmi vurğulandı.
Görüş çərçivəsində Ombudsman Ermənistan Respublikasının sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin hüquqlarının müdafiəsi vəziyyətinə toxunaraq qeyd edib ki, Azərbaycan silahlı qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisində olması insan hüquqlarının müdafiəsi və təminatı baxımından çox narahatedicidir.