18 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, çoxtərəfli regional əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesinin gündəliyinin perspektivləri barədə həmkarına ətraflı məlumat verib.
Görüşdə, həmçinin digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.