Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabrın 19-da Azərbaycandan göndərilmiş 15-dən artıq ərizə üzrə 10 qərar və qərardadını elan edib. İşlərin əksəriyyəti toplaşmaq, azadlıq və toxunulmazlıq hüququnun pozuntusu iddiları ilə bağlıdır. Bütün işlər üzrə hökumət əsasən müxalifətçilər olan ərizəçilərə 60 min avrodan artıq kompensasiya ödəməlidir.
Bu barədə ahimaz.org saytı məlumat yayıb.