ER XİN-in mətbuat katibi Ani Badalyan özünün X mikrobloqunda ER xarici işlər naziri Ararat Mirzoyanın Kanadanın ER-yə yeni təyin olunmuş səfiri Endryu Törnerlə görüşündən yazıb:
“Kanadanın Yerevanda səfirlik açmaq qərarının əhəmiyyəti vurğulanıb ki, bu da dinamik şəkildə inkişaf edən Ermənistan-Kanada ikitərəfli gündəliyini müxtəlif istiqamətlərdə genişləndirmək üçün tərəflərin hazır olduğunu sübut edir. Həmsöhbətlər yüksək səviyyədə qarşılıqlı səfərlərin vacibliyini də vurğulayıblar”, - deyə o bildirib.