İsrail Mərakeş və Misirdəki səfirliklərini təxliyə edib.
Bu barədə İsrailin “Yedioth Ahronoth” nəşri yazıb.
Nəşrin sözlərinə görə, ölkənin Xarici İşlər Nazirliyinin qərarına əsasən, Qəzza zolağındakı vəziyyətlə bağlı Misir və Mərakeşdə keçirilən etiraz aksiyaları fonunda bu ölkələrdəki səfirlik binaları boşaldılıb.
Bununla yanaşı, İsrailin bütün dünya ölkələrindəki səfirliklərində gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilməsi, həssas ölkələrdəki səfirlərin daha təhlükəsiz ölkələrə köçürülməsini təmin etmək üçün qərar qəbul edilib.
Səfirlərə, ehtiyac olmadığı halda diplomatik missiya binalarını tərk etməmələri ilə bağlı xəbərdarlıq göndərilib.