İspaniya Senatı oktyabrın 17-də keçirilən plenar iclasda Azərbaycanın Dağlıq Qarabağ ermənilərinə qarşı başlatdığı hərbi əməliyyatları pisləyən bəyanatı yekdilliklə qəbul edib.
Qeyd olunub ki, Senat Azərbaycan Respublikasının həyata keçirdiyi, regional təhlükəsizlik və sabitliyə təhlükə yaradan əsassız hərbi əməliyyatları qətiyyətlə pisləyir.
“ Tərəfləri diplomatik kanalları bərpa etməyə çağırır. Azərbaycan hökumətinin BMT-nin “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasını ratifikasiya etdiyini xatırladaraq, hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edir.
Senat insan tələfatından təəssüflənir və bunu pisləyir, Dağlıq Qarabağın erməni əhalisi və İspaniyada yaşayan erməni icması ilə həmrəy olduğunu bildirir.
Avropa İttifaqının münaqişənin danışıqlar yolu ilə, universal və davamlı həllinin tapılmasına töhfə verə biləcəyini və verməli olduğunu nəzərə alaraq, Aİ Ali Nümayəndəsinin və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin səylərini nəzərə alır və dəstəkləyir.
Köçkün əhalinin ehtiyaclarını ödəmək üçün əlavə investisiyaları təşviq edən İspaniya Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi (AECID) və İspaniya hökuməti tərəfindən göstərilən humanitar yardımı alqışlayır”.