Baş nazir Nikol Paşinyan Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviçi qəbul edib.
Həmsöhbətlər Azərbaycanın etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağdan 100 mindən çox soydaşımızın məcburi köçkünə çevrilməsi səbəbindən yaranmış humanitar vəziyyəti, beynəlxalq ictimaiyyətin gələcək yardım addımlarını müzakirə ediblər.
Baş nazir Miyatoviçin səfərini alqışladı və əmin olduğunu bildirdi ki, bu səfər yaranmış çağırış və problemlərlə yerindəcə tanış olmağa töhfə verəcək.
Dunya Miyatoviç əlavə edib ki, onun məqsədi mövcud ehtiyacları, o cümlədən Dağlıq Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsi ilə bağlı ehtiyacları qiymətləndirməkdir.
Həmçinin ER hökumətinin insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi islahatlar və gələcək ikitərəfli əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.