Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin yeni təyin olunmuş rəhbəri, səfir Vasilis Maraqos ilə görüşdə səhiyyə naziri Anahit Avanesyan Dağlıq Qarabağdan əhalinin məcburi köçürülməsi nəticəsibndə yaranan ehtiyacları təqdim edib.
ER Səhiyyə Nazirliyindən verilən məlumata görə, nazir qeyd edib ki, səhiyyə sistemi əlavə yüklə işləyir, ona görə də Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramlar və investisiyalar sistemin hazırlığını gücləndirməyə kömək edəcək.
Səfir qeyd edib ki, ER-Aİ fəaliyyət planında nəzərdə tutulan inkişaf layihələrinin, o cümlədən səhiyyə sektorunun maliyyələşdirilməsi imkanları müzakirə olunur.
Həmçinin ER-Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi çərçivəsində ictimai səhiyyə sahəsində əməkdaşlığa, eləcə də cari islahatlara istinad edilib.