Azərbaycan Respublikası prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "BBC"-nin rusdilli xəbər xidmətinə müsahibəsində Azərbaycanın Ermənistanın Syunik vilayətindən dəhliz çəkməyi planlaşdırdığı barədə sualı cavablandırırkən deyib:
"Biz bunun Ermənistanın suveren ərazisi olduğunu qəbul edirik. Lakin biz digər tərəfin dəhlizlə hərəkətin təhlükəsizliyini necə təmin edəcəyini bilməliyik. Bizə Azərbaycanın əsas hissəsində Naxicevan istiqamətindəki və ya əks istiqamətdəki qatara minən hər bir sərnişinin təhlükəsizliyinə dair etibarlı zəmanət lazımdır", - deyə o qeyd edib.
Elçin Əmirbəyov həmçinin vurğulayıb ki, “Ermənistan bu prosesi ləngidərsə, Azərbaycan bu marşrutu İran əzarisindən çəkməyə hazırdır”.